Emin Cəfərov bu oyuna təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan növbəti dəfə təyinat alıb.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Millətlər Liqasının Moldova-Slovakiya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 1-ci qrupunun IV turu çərçivəsində keçiriləcək görüş aprelin 8-də Kişineuda yerləşən “Zimbru” stadionunda təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı