ABŞ-ın "USS Gerald Ford" təyyarədaşıyan gəmisi NATO üzvü Norveç sahillərində mövqe tutub.
Metbuat.az xəbər verir ki, bu barədə Norveç Silahlı Qüvvələri açıqlama verib. Məlumata görə, “USS Gerald Ford” gəmisi Oslo fyordunda lövbər salıb. Açıqlamada bölgədəki bütün gəmilərə təyyarədaşıyan gəmidən 500 metr aralıda qalmaları ilə bağlı xəbərdarlıq edilib və nüvə reaktoru ilə işləyən təyyarədaşıyan gəminin yerləşdiyi ərazi “uçuşa qadağan zonası” elan edilib. Dünyanın ən böyük təyyarə gəmisi “USS Gerald Ford”un bir həftə Osloda qalacağı, daha sonra NATO üzvü Norveçlə birgə təlimə qatılacağı qeyd edilib.
Rusiyanın Oslodakı səfirliyi bu cür güc nümayişlərinin "məntiqsiz və zərərli" olduğunu bildirib.