Azərbaycanda 845 qramlıq körpə dünyaya gəldi - FOTO

845 qram doğulan körpə 79 gün müalicədən sonra sağlam şəkildə evə buraxılıb.

Metbuat.az xəbər verir ki, TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzində 38 yaşlı pasiyent Əzizova Nargilə hamiləliyinin 28-ci həftəsində kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı diaqnozu ilə daxil olub.

Pasiyent 02.03.2023-cü il saat 00:40 radələrində tibb müəssisəsində keysəriyyə kəsiyi əməliyyatı ilə çəkisi 845 qr, boyu 33 sm olan oğlan uşağı dünyaya gətirib. Körpə ilk olaraq Mərkəzin Yenidoğulmuşların reanimasiya şöbəsinə, daha sonra isə Patologiya şöbəsinə yerləşdirilib.

79 gündən sonra 18.05.2023-cü il tarixində kafi vəziyyətdə evə yola salınan körpənin çəkisi 1, 450 qram olub.

Qeyd edək ki, körpənin müalicə müddətindəki xərcləri icbari tibbi sığorta ilə qarşılanıb.

Bir 6 nəfər, körpə, xəstəxana və mətn şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı