"Azərbaycandan nə istəyirsən?" - Çavuşoğlu Kılıçdaroğluya SƏSLƏNDİ

"Türkün yolu şəhid qanı tökülmüş qədim türk yurdu Şuşadan, Cəbrayıl və Zəngəzurdan keçər".

Metbuat.az xəbər verir ki, bu barədə o, Antalyada çıxışı zamanı bildirib. O, Kemal Kılıçdaroğlunun "Türkün" yolu layihəsini yenidən tənqid edib:

"Ermənistan Baş naziri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirir. Bəs sənin dərdin nədir, Azərbaycandan nə istəyirsən?”, - Çavuşoğlu deyib.

Çavuşoğlu müasir Türkiyənin sadəcə özünün deyil, həm də bütün türk dünyasının maraqlarını qoruduğunu xatırladıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı