Neymar bu kluba gedir

İngiltərə Premyer Liqasında əla mövsüm keçirən və Çempionlar Liqasına vəsiqə qazanan "Nyukasl Yunayted" transferlər üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, klubun hədəfləri arasında hətta Neymarın da olduğu bildirilir. Neymarın PSJ-dən ayrılmaq istəməsi bu transferi asanlaşdıra bilər. Qeyd edilir ki, "Nyukasl Yunayted"in transfer etmək istədiyi digər futbolçü isə Dusan Vlahoviçdir. "Nyukasl Yunayted"in futbolçu üçün “Yuventus”a 70 milyon civarında təklif göndərdiyi irəli sürülür. Məlumata görə, "Yuventus" serb ulduzu inzibati problemlərə və uğursuz futboluna görə sata bilər.

Məlumata görə, hücumçu "Çelsi", Mançester Yunayted" və "Bavariya"nın da transfer siyahısında yer alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR