Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil - Stoltenberq

Ukrayna Rusiya ilə müharibədə olduğu müddətdə Kiyevin NATO-ya üzvlüyü gündəmdə olmayacaq.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə deyib. O Brüsseldə qatıldığı tədbirdə bildirib ki, Ukraynanın NATO-ya üzvlük məsələsi indi müzakirə oluna bilməz. Rusiya-Ukrayna müharibəsinin Kiyevin NATO-ya üzvlüyünü asanlaşdırıb-asanlaşdırmadığı barədə suala Stoltenberq “Müharibənin ortasında üzv məsələsi gündəmdə deyil” deyə cavab verib.

“Bu sual müharibə bitəndən sonrakı dövrə aid sualdır. Təbii ki, müharibə Ukraynanı NATO-ya yaxınlaşdırır. Ukraynanın NATO üzvlüyü ilə bağlı ittifaq daxilində bəzi fərqli fikirlər var. Hamımız NATO-nun qapısının yeni üzvlər üçün açıq olduğu və Ukraynanın ittifaqa qoşulması məsələsinə Moskvanın deyil, NATO müttəfiqləri və Ukraynanın qərar verəcəyi məsələsində həmfikirik” – Stoltenberq deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı