Xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolominanı qəbul edib.
Metbuat.az xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib.
“Azərbaycan-NATO tərəfdaşlığı, eləcə də mövcud regional vəziyyətlə bağlı maraqlı müzakirələr aparılıb. NATO-nun etibarlı tərəfdaşı kimi Azərbaycan qlobal təhlükəsizlik və tərəqqiyə geniş töhfə verir”, - paylaşımda deyilir.