Ərdoğan Azərbaycan xalqını təbrik etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

“Bir millət, iki dövlət” şüarı ilə hər zaman yan-yana, çiyin-çiyinə olduğumuz qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirəm”, - paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR