Müharibə yalnız bu halda bitəcək - Putinin yeni sülh şərtləri BƏLLİ OLDU

Müharibənin 458-ci günündə Rusiya atəşkəs və sülh üçün Ukraynadan tələb etdiyi şərtləri açıqlayıb. Bu şərtlərdən ən diqqət çəkəni Kiyevin bloklanmayan və neytral statusa qayıtması, NATO və Avropa İttifaqına (Aİ) üzv olmaqdan imtina etməsi, rus dilinin dövlət dili kimi tanınmasıdır.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, Moskvanın şərtlərini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin sadalayıb.

Rusiyanın Ukraynadan tələb etdiyi atəşkəs və sülh şərtlərini təqdim edirik:

- Ukrayna silahlı qüvvələri tərəfindən hərbi əməliyyatların dayandırılması;

- Qərbin Ukraynaya silah tədarükünü dayandırması;

- Ukraynanın bloklanmayan, neytral statusa qayıtması, NATO və Aİ-yə üzv olmaqdan imtinası;

- “Xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi nəticəsində yaranan yeni regional reallıqların” tanınması;

- rusdilli vətəndaşların və milli azlıqların hüquqlarının müdafiəsi;

- rus dilinin dövlət dili statusunun təmin edilməsi;

- əsas insan hüquqlarına, o cümlədən dini etiqad azadlığına riayət edilməsi.

“İlk iki şərt “həll” üçün, qalanları isə “hərtərəfli, ədalətli və davamlı sülh” üçün lazımdır”, - Qaluzin bildirib.

Qeyd edək ki, BBC-yə danışan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksey Danilov ölkəsinin Rusiya qüvvələrinə hücum etməyə hazır olduğunu bildirib. Tarix açıqlamayan Danilov hücumun "sabah, sabahdan sonra və ya bir həftə sonra başlayacağını" deyib. O vurğulayıb ki, Ukrayna hökumətinin bu qərarında səhv etməyə haqqı yoxdur, çünki bu, itirə bilməyəcəkləri tarixi fürsətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı