Paşinyan Ərdoğanı seçkilərdə qələbəsi münasibəti ilə təbrik edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib.

Metbuat.az xəbər verir ki. o, bu barədə tviter hesabında yazıb. Baş nazir Ermənistan -Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində tərəflərin birgə işi davam etdirəcəyinə inandığını ifadə edib.

Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin II turu olub. Seçki qutularının 99,99% açılıb. Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener bildirib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,14%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR