Bayden: "Borc tavanına dair razılaşma əldə olunub"

ABŞ prezidenti Co Bayden ABŞ dövlət borcunun tavanı ilə bağlı ikitərəfli razılaşmanın əldə edildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Bayden və ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti telefon danışığı zamanı yekun razılığa gəliblər. Onlar Nümayəndələr Palatası və Senata milli borc tavanının artırılması ilə bağlı ikitərəfli razılaşmanı təsdiq etməyi tövsiyə ediblər.

"Mən spiker Makkarti ilə danışaraq Konqresə göndərməyə hazır olduğumuz ikitərəfli büdcə razılaşmasına nail olduq. Düşünürəm ki, bu qərar iqtisadiyyatın dirçəldilməsinə nail olmaqla bərabər , fəlakətli defolt təhlükəsini gündəmdən çıxarmaq üçün irəliyə doğru addımdır. Heç bir tərəf bütün məqsədlərinə nail ola bilməsə də, razılığa gəlmək Amerika xalqı üçün yaxşı xəbərdir",- deyə Bayden qeyd edib.

Amerika lideri vurğulayıb ki, o hər iki palataya bu razılaşmanı qəbul etməyi şiddətlə tövsiyə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı