Ərdoğan“balkon çıxışı”ndan niyə imtina etdi? - Diqqətçəkən səbəb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə qalib gələndən sonra “balkon çıxışı” ilə xalqa müraciət etməsi diqqət çəkirdi.

Metbuat.az xəbər verir ki, Ərdoğan buna qədər bütün seçkilərdən sonra xalqa müraciətini hakim Ədalət və İnkişaf partiyasının Ankaradakı qərargahından edib. Bu dəfə isə Ərdoğan qalib olandan sonra ilk dəfə xalqa müraciətini Prezident Sarayından etdi. Hakimiyyətə yaxınlığı ilə bilinən jurnalist Hander Fırat öz mənbələrinə istinadən bildirib ki, Ərdoğan bununla bütün vətəndaşları əhatələyən siyasətini davam etdirəcəyinə dair güclü mesaj vermək istəyib. Bildirilir ki, Ərdoğan müxalifətə səs verən vətəndaşların yanında olduğunu daha güclü şəkildə nümayiş etdirmək istəyib.

Qeyd edək ki, Ərdoğanın Prezident sarayından xalqa müraciəti zamanı meydanda az sayda hakim partiyanın bayrağı olub. Vətəndaşların əlində əsasən Türkiyə bayraqları olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı