Daha iki taekvondoçumuzun dünya çempionatında ilk rəqibləri bəlli olub

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında ikinci günün püşkü atılıb. Püşkə əsasən, Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, çempionatda 58 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxacaq Qaşım Maqomedov ilk mərhələdən azaddır. O, 1/32 finalda Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandamızın lideri Fəridə Əzizova (67 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk qarşılaşmasında Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) cütünün güclüsünü sınağa çəkəcək.

Mayın 30-da bu iki çəki dərəcəsi üzrə, həmçinin qadınlarda 73 kiloqramda keçiriləcək döyüşlər saat 09:00-da başlayacaq.

Qeyd edək ki, mundialın ilk günündə kişilərdə 68, qadınlarda isə 57 kiloqram çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı