Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu

“Sabah” klubu Azərbaycan Basketbol Liqasının qalibi olub.

Metbuat.az xəbər verir ki, mayın 30-da “Sərhədçi” İdman Mərkəzində “Sabah” və “Gəncə” komandaları turnirin final seriyasının sonuncu oyununda üz-üzə gəliblər.

Görüşün əsas vaxtında qalib müəyyənləşməyib və qarşılaşma əlavə vaxta gedib. “Sabah” gərgin və maraqlı oyunun yekununda “Gəncə” üzərində 86:85 hesablı qələbə qazanıb. Final seriyasında 3:2 hesablı qələbə qazanan “Sabah” komandası Azərbaycan Basketbol Liqasında 2022-2023-cü il mövsümünün çempionu adını qazanıb.

Final seriyasının ən dəyərli oyunçusu (MVP) amerikalı Entoni Patti seçilib. Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (24 xal, 13 ribaund), “Gəncə”dən isə Kollin Törner (26 xal, 11 asist) olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR