Benzemaya ağlasığmaz təklif - Pulu al, istədiyini seç

Səudiyyə Ərəbistanı hökuməti klubu “Real Madird”lə müqaviləsi başa çatmaq üzrə olan Kərim Benzemaya müqavilə təklif edib.

Metbuat.az NTV spor-a istinadən xəbər verir ki, təklifə görə krallıqda Benzema istədiyi klubu seçə bilər. Xəbərə görə, fransalı hücumçuya illik 100 milyon avro qarşılığında 2 illik müqavilə təklif olunub. Məlumata görə, Səudiyyə Ərəbistanı hökuməti təklifi rəsmən Benzemaya çatdırıb. 200 milyon avroluq müqavilədən əlavə, Kərim Benzemaya imic hüquqları, reklam gəlirləri və uşaqları üçün məktəblərin yaradılması təklif edildiyi iddia edilir.

Qeyd olunub ki, Kərim Benzemanın son zamanlar susqunluğu "Real Madrid" rəhbərliyini narahat edib və klub futbolçunun ayrılmaq fikrində olduğunu bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR