Xəbər verdiyimiz kimi, Azərbaycanda geniş izləyici kütləsi olan türk serialı - "Ben bu cihana sığmazam"da Azərbaycan xəritəsində səhvə yol verilib. 32-ci bölümdə yer alan səhnədə fonda olan plakatda Azərbaycan ərazisi tam göstərilməmişdi.
Metbuat.az xəbər verir ki, serialın 33-cü bölümündə isə bu yanlışlıq aradan qaldırılıb. Azərbaycan ərazisi Naxçıvan Muxtar Respublikası ilə birlikdə tam göstərilib.
Qeyd edək ki, bu, sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu.
Əvvəl
Sonra