Mövsümün fasiləsində "Real"dan gedəcək futbolçu bilindi

"Real Madridin" baş məşqçisi Karlo Ançelotti mövsümün fasiləsində klubdan ayrılacaq futbolçunu müəyyən edib.

Metbuat.az xəbər verir ki, Ançelotti bununla bağlı təlimatı rəhbərliyə təqdim edib. "Catalan E-Noticies"in xəbərinə görə, italyan məşqçi Jesus Valyexonun klubdan göndərilməsini istəyir. Bildirilib ki, mövsümün əvvəlində müdafiəçi çatışmazlığı səbəbindən komandada saxlanılan Valyexo bir dəfə şans qazanıb və həmin vaxt zəif oynayıb. "Real" rəhbərliyi futbolçunun müqaviləsinin ləğv edilməsini nəzərdən keçirir.

Məlumata görə, Endrik və Arda Gülerin icarəyə verilə biləcəyi ilə bağlı söz-söhbətlərə baxmayaraq, Ançelotti hər iki futbolçunun komandada qalacağını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı