​ABŞ Şimali Koreyanın hərbi casus peyki buraxmaq cəhdini pislədi

ABŞ Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək hərbi casus peyki buraxmaq cəhdini pisləyib.

Metbuat.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodc bildirib ki, Şimali Koreya bir çox qətnamələri pozub. Onun sözlərinə görə, Vaşinqton Pxenyanın ABŞ-ın ballistik raket texnologiyasından istifadə edərək buraxılış cəhdini qınayır. Hodc Şimali Koreyanın bu cəhdinin gərginliyi artırdığını və bölgədə sabitliyin pozulmasına səbəb ola biləcəyini bildirib. Sözügedən buraxılışın Şimali Koreyanın qitələrarası ballistik raket proqramına daxil olan texnologiyaları ehtiva etdiyini qeyd edən Hodc Pxenyan administrasiyasını təxribatçı hərəkətlərini dayandırmağa çağırıb.

Hodc vurğulayıb ki, ABŞ həm öz ərazisinin, həm də müttəfiqləri olan Cənubi Koreya və Yaponiyanın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı