400 milyon avroluq təklif - Dünya çempionatı üçün hər şey edirlər

Səudiyyə Ərəbistanı hökumətinin “Real Madrid”in futbolçusu Kərim Benzemaya təklif etdiyi müqavilə barədə yeni detallar açıqlanıb.

Metbuat.az “As” qəzetinə istinadən xəbər verir ki, hökumət Benzemaya krallıqdakı istədiyi klubu seçmək hüququ verib. Bunun üçün isə Benzemaya iki il üçün 400 milyon avro təklif edilib. Müqaviləyə əsasən Benzema həmçinin dünya çempionatına namizədlik prosesində Ərəbistanı səfiri olacaq. Benzemanın təklifə necə cavab verdiyi məlum deyil. Benzemanın “Real Madrid”lə müqaviləsi başa çatmaq üzrədir. Onun klubdan ayrılmaq istədiyi istisna edilmir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı nüfuzlu transferlərlə 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququ əldə etmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı