​Kosovonun baş naziri Serbiya prezidentinə çağırış etdi

Kosovonun baş naziri Albin Kurti Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşməyə hazır olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Slovakiyada keçirilən təhlükəsizlik konfransında danışan Albin Kurti Serbiya ilə gərginliyin artması ilə bağlı açıqlamalar verib.

Serbiya lideri Aleksandr Vuçiçlə mümkün görüşə toxunan Kurti dialoqun intensivləşdirilməsinə çağırıb və deyib: “Mən (görüşə) tamamilə hazıram, çünki Serb cəmiyyətinin özünüidarəsi və tanınması da daxil olmaqla, sövdələşməni bəyəndim".

Kosovonun şimalındakı etirazçıların həbsə məhkum edilməsi və ya Serbiyaya geri göndərilməsini irəli sürən Kurti bildirib ki, gərginliyi aradan qaldırılması üçün mərhələli şəkildə davranmaq lazımdır. "Birincisi, şimaldakı bu böhrandan çıxmaqdır. Bu, qanunun aliliyi deməkdir. Beləliklə, etirazçılar ya Kosovodakı həbsxanaya dönür, ya da Serbiyaya göndərilir” - Kurti bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı