Yaponiyanın “Vissel Kobe” klubundan ayrılan Andres İnyesta karyerasını Tailandda davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, “Buriram Yunayted” ispaniyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Klubun direktoru Nyuin Çidçob “Barselona”nın sabiq ulduzunu komandada görmək istəyir.
Qeyd edək ki, “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə anlaşıb.