Ölüm xəbəri yayılan Kim Çen Inla bağlı açıqlama

Cənubi Koreyanın casusları Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı təəccüblü məlumatlar verib.

Metbuat.az xəbər verir ki, Kim Çen Inın səhhətinin kritik olduğu açıqlanıb. “New York Post” xəbər verir ki, Kim Çen Inın fotoları müasir texnologiyanın köməyi ilə təhlil edilib. Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvü Yoo Sanq-Bumun sözlərinə görə, ötən il arıqlamasına baxmayaraq, hazırda Çen Inın çəkisi 140 kiloqramdan artıqdır. Şimali Koreya liderinin həddindən artıq spirtli içki və tütün qəbul etdiyi bildirilib.

Sanq-Bum, həmçinin onun yuxu pozğunluğundan əziyyət çəkdiyini söyləyib. "O, mayın 16-da ictimaiyyət qarşısına çıxanda gözlərinin ətrafında açıq tünd halqalar var idi və yorğun görünürdü" deyən kəşfiyyat komitəsinin üzvünün sözlərinə görə, Kim Çen In yuxusuzluğunu müalicə etmək üçün dərmanlar qəbul edir.

Qeyd edək ki, bir müddət əvvəl Kim Çen Inın öldüyü barədə məlumat dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı