Mourinyodan PSJ-yə gedəcəyi barədə açıqlama

Adı PSJ ilə hallanan “Roma”nın baş məşqçisi Joze Mourinyo iddialarla bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o növbəti mövsüm də komandada qalmaq istədiyini bildirib. “Romada qalmaq istəyirəm” deyən Mourinyonun sözlərinə görə, özü və oyunçuları daha çox şeyə layiqdir.

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyununda "Roma" "Sevilya"ya penaltilər seriyasında məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı