"5 ay ərzində neftdən 1,3 milyard manat əlavə gəlir olub" - Nazir

“Dövlət Neft Fondunun aktivlərinin artırılması müsbət amildir”.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, Neft Fonduna daha çox vəsait toplanır:

“Digər tərəfdən, gəlirləri bütün hamısının xərclərə ayrılması düzgün deyil. Konkret makroiqtisadi vəziyyətdən asılı olaraq qərarlar qəbul edilir. 5 ay ərzində neftdən 1,3 milyard manat əlavə gəlir olub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı