Dünya ulduzu Türkiyə nəhənginə transfer olmaq istəyir - Razılaşdılar

“Fənərbaxça” və “Qalatasaray” portuqaliyalı hücumçu Joao Feliksin transferi üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça”nın futbolçunun transfer etmək istədiyi barədə iddialar dərc ediləndən sonra “Qalatasaray”ın da onunla danışıqlar apardığı irəli sürülüb. “Per Sporx”də dərcə edilən xəbərə görə, “Qalatasaray” futbolçunun razılığını alıb. İddialara görə, Joao Feliks mövsümün sonunda “Qalatasaray”a transfer olmaq istəyir. Xəbərdə deyilir ki, mövsümün sonunda Viktor Osimhen və digər ulduz futbolçular “Qalatasaray”dan ayrıla bilər. Türkiyə nəhəngi Joao Feliksi transfer etmək üçün büdcə baxımından daha iddialı olacaq.

Qeyd edək ki, Joao Feliks ötən mövsüm "Çelsi"yə transfer olub. İngiltərə nəhəngi futbolçu üçün 52 milyon avro ödəyib. Joao Feliks bu mövsüm "Çelsi"nin heyətində 19 matçda 7 qola imza atıb və 2 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı