Türk klubu Ziyeçi Türkiyəyə gətirir

"Çelsi"dən ayrılmağa hazırlaşan Hakim Ziyeçin adı "Qalatasaray"la hallanır.

Metbuat.az xəbər verir ki, “Çelsi”yə yeni baş məşqçi təyin olunan Poçettino da futbolçunun komandadan göndərilməsinə razılıq verib. “Africafootunited”in xəbərinə görə, “Çelsi” mərakeşli ulduz üçün 18 milyon avro tələb edir. Məlumata görə, tərəflər transferin detallarını müzakirə edir. Hakim Ziyeç təklifi rədd etməyib.

Qeyd edək ki, mövsümün fasiləsində "Qalatasaray" Hakim Ziyeçə təklif göndərib. Lakin futbolçu PSJ-ni seçmişdi. Sənədlər vaxtında təsdiq edilmədiyinə görə, Ziyeçin PSJ-yə keçidi baş tutmamışdı.

"Çelsi" 2025-ci ilə qədər müqaviləsi olan Hakim Ziyeç üçün "Ayaks"a 40 milyon avro ödəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı