Benzema pulu seçdi - 400 milyonluq təklifi qəbul etdi

“Real Madrid” Kərim Benzemanın klubdan ayrılacağını elan edib.

Metbuat.az xəbər verir ki açıqlamaya görə, Benzema müqaviləsini yeniləməyəcək. Açıqlamada deyilir:

““Real Madrid” ən böyük əfsanələrimizdən biri olan oyunçuya minnətdarlığımızı və sevgimizi göstərmək istəyir. Kərim Benzemanın "Real Madrid"dəki karyerası davranış və peşəkarlığın parlaq nümunəsi olub və klubumuzun dəyərlərini təmsil edib. Kərim Benzema öz gələcəyinə qərar verməyə layiqdir”.

Xarici KİV-lər yazır ki, Fransalı futbolçu Səudiyyə Ərəbistanından böyük təklif alıb və o, hazırda Kriştiano Ronaldonun çıxış etdiyi liqaya qoşulmağa razılıq verib. İddialara görə, ona təklifi “Əl-İttihad” klubu göndərib. “Əl-İttihad” Benzemaya iki illik müqavilə və 400 milyon avro təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR