Azərbaycan kubokunun qalibi “Qəbələ” müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb.
Metbuat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2021-ci ilin yayından “qırmızı-qara”larda çıxış edən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb.
O, iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib.