Mövsümün ilk böyük transferi açıqlandı

“Real Madrid”in futbolçusu Kərim Benzemanın yeni ünvanı bəlli olub.

Metbuat.az xəbər verir ki, Kərim Benzema "Əl-İttihad"la 2+1 illik müqavilə imzalayıb. Bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat verib. Detallar məluma olmasa da, bəzi mənbələr Benzemanın illik 100 milyon avro qazanacağını yazır. Bəzi mənbələr isə Benzemanın qazanacağı illik məvacibin 200 milyon avro olacağını yazır.

Qeyd edək ki, “Real Madrid”də 14 illik karyerasında 648 oyun keçirən Kərim Benzema 354 qol vurub, 165 məhsuldar ötürmə edib. Fransız forvard 2009-2010-cu il mövsümündə 35 milyon avroya "Lion"dan "Real"a keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR