"Real" Benzemanın əvəzinə onu alır

Kərim Benzemanın komandadan ayrılmasından sonra “Real Madrid” "Tottenhem"dən Harri Keyni heyətinə qatmağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, "Real Madrid" "Tottenhem"in ulduzu Harri Keyn üçün transfer təklifi hazırlayıb. “İndependent” məlumat verir ki, “Real” 2024-cü ildə Kilian Mbappe və ya Erlinq Haaland ilə müqavilə imzalamaq istədiyi üçün Benzemanı daha bir mövsüm komandada saxlamaq istəyirdi. Lakin fransız ulduzun bu mövsüm klubu tərk etməsindən sonra “Real” hücumçu transfer etmək istəyir.

Məlumata görə, “Real”ın transferlər üçün 200 milyon avro büdcəsi var. “Tottenham” prezidenti Daniel Levi, Keynin müqaviləsinin başa çatmasına bir mövsüm qalmasına, onun üçün yüksək transfer məbləği istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR