"Ruben Vardanyan başından böyük hərəkətlər edir, istənilən an ordumuz..." - Politoloq

“Kriminal oliqarx Ruben Vardanyanın son günlər verdiyi açıqlamalar, başından böyük bir hərəkətlər etdiyinə sübutdur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib. Ruben Vardanyanın Qarabağla bağlı əssasız fikirlər irəli sürərək erməni ictimaiyyətini çıxışlar etməyə çağırmasından danışan politoloq bildirib ki, heç bir vəzifə tutmayan Vardanyanın bu çıxışlarının nəyə istiqamətləndiyi də sual doğurur:

Politoloq: "ABŞ və Fransanın Rusiyadan imtina etməsi onların Minsk qrupundan imtina etməsi demək deyil"

“Xatırlatmaq istəyirəm ki, Vardanyan və onun kimilər orada vəzifə tutsalar belə, unutmamalıdırlar ki, hər biri Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşaraq fəaliyyət göstərirlər. Bu Azərbaycanın Konstitusiyasına ziddir, beynəlxalq hüquq normalarını pozmaq deməkdir”.

Rəsmi Bakının separatçılara son xəbərdarlığı və sülh şansı verərək onlarla dialoqa hazır olduğunu qeyd edən Zaur Məmmədov vurğuladı ki, bu təkliflər qəbul olunmayacağı təqdirdə Azərbaycan ordusu Qarabağın dağlıq hissəsində antiterror əməliyyatı keçirə bilər.

“Bu olduqca aktual əhəmiyyət daşıyır və istənilən dəqiqədə biz bunun şahidi ola bilərik. O zaman biz Ruben Vardanyanın şücaəti və cəsarətinin nədən ibarət olduğunu görəcəyik. Ümumiyyətlə, onun kimi danışanlar da 44 günlük müharibə dövründə aqibətlərini çox pis olacaqlarını gördülər və qaçaraq zirzəmilərdə gizləndilər. Bu dəfə baxacağıq, Vardanyan zirzəmidə olacaq, yoxsa, Azərbaycan Ordusunun qarşısında”,- deyə Zaur Məmmədov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı