Su quyusuna düşən 87 yaşlı qadın xilas edildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində bir nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-cı il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı