Rusiya bəndi buna görə partladıb - Ukraynadan iddia

Rusiya Kahovka bəndini partlatdığı üçün 80-ə yaxın yaşayış məntəqəsi su basma təhlükəsi ilə üzləşib.

Metbuat.az xəbər verir ki, Ukraynanın baş naziri Denis Şmiqal belə açıqlama verib. Su altında qalan ərazilərdə yaşayan insanların təxliyyəsinin davam etdiyinə diqqət çəkən Şmiqal bildirib ki, hazırda Xersonun Ostrov rayonundan təxliyə işləri davam edir, Nikolayevə təxliyə qatarları yaradılıb. Şmiqal qeyd edib ki, Zaporojye Atom Elektrik Stansiyasının ətraf mühitə təsiri və təhlükənin qiymətləndirilməsi elektrik stansiyasına çıxışın olmaması səbəbindən çətinləşib.

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak isə qeyd edib ki, Rusiyanın bəndi partlatmaqda məqsədi irəliləyən Ukrayna Silahlı Qüvvələrinin qarşısında keçilməz maneələr yaratmaq, informasiya təşəbbüsünə mane olmaq, müharibənin ədalətli başa çatmasını ləngitməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı