Bu müəllimlərin maaşları artırılacaq - Sənəd hazırlanır

Peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində təkliflər paketi hazırlanır.

Metbuat.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov məlumat verib.

Onun sözlərinə görə, təkliflər sənədi yekunlaşdıqdan sonra aidiyyəti üzrə göndəriləcək.

C.Kərəmov bildirib ki, hazırda təxminən 20-yə yaxın peşə təhsili müəssisəsində direktor, 30-a yaxın müəssisədə isə direktor müavini vəzifəsi vakantdır:

"Həmin yerlərin yaxın vaxtlarda vakansiyaya çıxarılması nəzərdə tutulur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı