Kılıçdaroğlunu yaxın adamı yıxdı - CHP sədri bu şəxs olacaq

Türkiyədə prezident seçkilərindəki uğursuzluğa baxmayaraq CHP sədri Kamal Kılıçdaroğlunun istefa verməməsi etirazlara səbəb olub.

Metbuat.az xəbər verir ki, İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Kılıçdaroğluna qarşı çıxdığı bildirilir. Məlumata görə, Əkrəm İmamoğlu partiyanı qurultaya apararaq, sədr olmaq istəyir. Türkiyə mənbələri yazır ki, İmamoğlu bunu edə bilməsə alternativ partiya qura bilər.

Türkiyə mənbələri bildirir ki, İmamoğlunun birinci prioriteti partiyanı yerli seçkilər öncəsi qurultaya aparmaqdır. Bildirilir ki, “İyi” partiyasının sədri Meral Akşener də İmamoğlunu CHP partiyasının sədri olmasını istəyir.

Qeyd edək ki, 10 ildən çoxdur CHP sədri olan Kılıçdaroğlu heç bir seçkilərdə qalib gələ bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı