Bu ərazilərə leysan yağdı, sel keçdi - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a bildirilib ki, iyunun 7-si saat 18:00-a olan məlumata əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Qeyd edilib ki, Daşkəsən, Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.

Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR