Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb

Bu il iyunun 1-nə Azərbaycanda 1 452 702 vergi ödəyicisi olub.

Metbuat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 6,9 % çoxdur.

Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 6,5 %, hüquqi şəxslərin sayı isə 9,7 % artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı