İyunun doqquzunda bürcləri nə gözləyir? - Astroloji proqnoz

Məşhur astroloqlar iyunun 9-da bürclər üçün olduqca maraqlı proqnozlar veriblər.

Qarşıdan gələn gün bürclər yeniliklərə, yeni şərtlərə, vəziyyətlərə hazır olmalıdırlar. Böyük tədbirlər keçirmək, dostlarla vaxt keçirmək üçün ideal zamandır.

Bürclər emosional, həssas hisslərdən uzaq sərt və məntiqli düşünmək üçün vaxt qazanacaqlar. İyunun doqquzunda bürclərin azadlıq hissi pik həddə çatacaq. Onlar qaydalara, məhdudiyyətlərə qalib gələcəklər. İntellektual məsələlərə də maraq arta bilər. Evdə və işdə elektrik cihazları ilə bağlı problemlər yaşamaq potensialımız yüksəkdir. Gün ərzində elektrik cihazlarından istifadə edərkən diqqətli olun.

Xüsusilə təzyiq problemi olanlar çox diqqətli olmalıdırlar, bu gün qan vermək üçün əlverişli gündür. Ayın Dolça bürcündə olduğu günlərdə rutin işlərlə məhdudlaşmaq istəməyəcəksiniz. Fərqli və monotonluqdan uzaq insanlarla ünsiyyət qurmaq, zehni fəaliyyətimizi artırcağınız bir gün olacaq. Qapalı, dar yerlərdə olmaq və ya sizi boğan insanların yanında olmağı istəməyəcəksiniz.

Dostlarınız ideyalarınızı dəstəkləyəcək və hətta qeyri-adi istəklərinizi belə yerinə yetirməyə çalışacaqlar.

AİDƏ / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı