Tanınmış milyonçu qocalmamaq üçün bunu edirmiş: Öz oğlunun qanını... - FOTO

Amerikalı milyonçu Bryan Consunun gənc qalmaq üçün etdiyi dəyişiliklər maraqla qarşılanıb.

Metbuat.az xəbər verir, texnologiya milyarderi kimi tanınan Conson 17 yaşlı oğlunun qanını özünə köçürüb. Maraqlısı budur ki, 45 yaşlı Conson öz qanını isə atasına verib. 45 yaşlı milyonçu bildirib ki, o tibbi nüdaxilələrdən sonra özünü gənc hesab edir.

İddialara görə, Conson 30 həkim və mütəxəssisdən ibarət xüsusi qrupla birlikdə işləyir. İş adamının məqsədi 25-30 yaşdakı bədən sağlamlığını əldə etməkdir.

Onun gənc qalmaq üçün ildə 2 milyon dollar xərclədiyi bildirilir.

Qeyd edək ki, qocalmanın müalicəsi üçün plazma transfüzyonu mübahisəli məsələdir. Bu barədə siçanlar üzərində təcrübələr aparılıb. Lakin hələ elmi təsdiqini tapmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı