Son 5 il ərzində dövlət sifarişinə qəbul 118,7 faiz artıb.
Metbuat.az bildirir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, tələbə qəbulunda proqnoz yerlərdə 34,6 faiz artım olub.
“Tələbə qəbulu üzrə ən çox artım texniki və texnoloji ixtisas qruplarında olub”,- deyə o əlavə edib.