"Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasındakı xeyriyyə matçının gəlirləri bəlli olub.
Metbuat.az Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın gəlirləri 718019 manat təşkil edib.
Məbləğ ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcək.
Bu, Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcəkdir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş 3:3 hesabı ilə yekunlaşıb.