Millimizin üzvünün klubunda yeni baş məşqçi

Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper"in yeni baş məşqçisi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu vəzifəyə komandanın sabiq müdafiəçisi Bruno Berner təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qrasshopper” ötən mövsüm yüksək liqanı 7-ci pillədə başa vurub.

Xatırladaq ki, bundan əvvəl Sürix təmsilçisini Corco Kontini çalışdırırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR