“Mançester Siti” ilk dəfə UEFA Çempionlar Liqasının qalibi oldu

UEFA Çempionlar Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulub.

Metbuat.az xəbər verir ki, həlledici matçda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" klubları üz-üzə gəliblər.

İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilən görüşdən əvvəl möhtəşəm açılış mərasimi təşkil olunub.

Açılış mərasimindən sonra final matçına start verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Mançester Siti" 1:0 hesablı qələbə qazanıb və İngiltərə klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı