“Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından start verilib.

Metbuat.az xəbər verir ki, velosipedçilər bu mərhələdə Beyləqan-Şuşa marşrutu üzrə 132,2 kilometr məsafə qət etdikdən sonra Azərbaycanın zəfər rəmzi olan Şuşa şəhərinin girişindəki finiş xəttinə çatacaqlar.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışın dördüncü mərhələsinin qalibi İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Alessandro Monaco, ikinci yerin sahibi onun komanda yoldaşı Emanuele Ansaloni olub, üçüncü yerdə isə Qazaxıstan komandasının üzvü Rudolf Remkhi qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı