Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə XİN tviter hesabında paylaşım edib.

XİN-in paylaşımında deyilir:

“Qardaş Qazaxıstanın Abay rayonunda dağıdıcı meşə yanğını xəbəri bizi dərindən kədərləndirdi.

Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirik.

Qardaş Qazaxıstan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı