İkardinin türk müğənni ilə eşq yaşaması iddialarına Naradan təəccüblü cavab - FOTO

“Qalatasaray”ın çempionluğu qeyd etdiyi tədbirdə Mauro İkardi ilə Simgenin “Aşkın olayım” mahnısını birgə oxuması tərəflərin eşq yaşadığı iddialarını gücləndirib.

Metbuat.az xəbər verir ki, iddiaların media tərəfindən dərc edilməsindən sonra İkardinin həyat yoldaşı Vanda Naranın necə cavab verəcəyi maraqla izlənilirdi. İddialardan sonra Vanda Naranın paylaşdığı foto diqqət çəkib. Nara sosial media hesabında İkardi və övladlarının Simge ilə birgə olduğu fotonu paylaşıb. Bildirilir ki, Nara bu həmləsi ilə iddialara əhəmiyyət vermədiyini nümayiş etdirmək istəyib.

Qeyd edək ki, “Aşkın olayım” mahnısı İkardinin ən sevdiyi mahnılardan biridir.

Wanda Nara Mauro Icardi Simge Sağın rumours


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR