"Deputat da adamdır, robot deyil" - Razi Nurullayev onu tənqid edənlərdən DANIŞDI

Xəbər verdiyimiz kimi, deputat Razi Nurullayevin "Facebook" hesabında qəlyanla paylaşdığı foto sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bu barədə Metbuat.az-a danışan deputat bildirib ki, bu, sadəcə sıradan bir paylaşımdır:

"Deputat da adamdır, robot filan deyil. Ölkənin hər tərəfi qəlyanxanadır. Mən zərərli vərdişlərdən uzaq adamam.

Haradasa 10-15 min cahil, savadsız, ailəsinin belə qəbul etmədiyi, tüfeyli siyasi həyat yaşayan, dəyər, mentalitet bilməyən, siyasi və ictimai çəkisi 0 olan bir təbəqə var ki, onlar özləri çirkab içində çabalaya-çabalaya başqa suları da bulandırmaq istəyirlər. Sosial şəbəkələrdə 3 milyona yaxın vətəndaşımız var. Onlar yazılan yazılara, statuslara baxıb keçir, rəy bildirmirlər. Amma dediyim o cahil, savadsız olanlar isə hər məsələyə rəy bildirirlər, vəzifələri də öz səviyyələrinə uyğun olaraq söyüş yazmaq, təhqir etməkdir.

Zənnimcə, bizim ən böyük yanlışlıqlarımzdan biri də, hər kəsə zamanında yerini və yurdunu göstərməməkdir. Belə bir şəraitdə o yaramazlar çox görünür. Həqiqət isə fərqlidir. O baxımdan "it hürər, karvan keçər".

Gülər Seymurqızı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR