Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Qazaxıstanın Azərbaycandakı səfirliyində matəmlə əlaqədar bayraq endirilib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə 12 iyun ümummilli matəm günü elan edilməsi ilə bağlı fərman imzalayıb.

Xatırladaq ki, Abay vilayətində 60 min hektar ərazini əhatə edən genişmiqyaslı meşə yanğını nəticəsində 14 nəfər həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı