Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb

2023-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,8 milyard manatlıq, o cümlədən 12 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2% , qeyri-ərzaq malları üzrə 4,1% artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı