Ərdoğan Sinan Oğanı da özü ilə Bakıya gətirir

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı iyunun 13-də Azərbaycana səfəri zamanı Sinan Oğan da müşayət edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat verib. Bildirilir ki, Oğanın Bakıda Türkiyə və Azərbaycan nümayəndə heyətləri arasında keçiriləcək görüşdə iştirakı da gözlənilir. Məlumatda deyilir ki, Ərdoğan səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə regional məsələləri, o cümlədən Cənubi Qafqazdakı durumu müzakirə edəcək.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan hazırda Şimali Kipr Türk Respublikasında səfərdədir. Səfərdə onu həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii qaynaqlar naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik müşayiət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı